Dərslər hansı formatda keçir?

Bütün dərslər  Zoom platformasında ən müasir interaktiv onlayn formatda keçirilir.Bu o deməkdir ki,uşaqlar bilikləri inkişaf edən müxtəlif rəqəmsal  texnologiyalar  (o cümlədən,Kahoot proqramı) vasitəsilə tədris olunan materialı daha effektiv qavramaq imkanını əldə etmiş olurlar.Bundan başqa,dərslərdə slayd,animasiya  və videolar da istifadə olunur ki,bu da uşağınızın visual yaddaşını inkişaf etdirir. Bir sözlə,dərslər uşaqların intellektinin kompleks inkişafına imkan verən, onlara yeni nəslin düşünmə bacarıqlarını öyrədən mütərəqqi metodologiyasından  istifadə etməklə keçirilir.

Uşağım çox aktivdir. Bu  format ona uyğun olacaqmı?

 Narahat olmayın, öyrənmə formatımız aktiv uşaqlar üçün də uyğundur. Məktəbdəki klassik dərslərdən fərqli olaraq, biz dinamik və əyləncəli formata daha çox üstünlük veririk ki, uşaq prosesdə fəal iştirak etsin və konsentrasiyası yayınmasın.

Dərslər hansı yaş qrupları üçün nəzərdə tutulur?

Dərslərə 4 yaşdan 16 yaşa kimi uşaqlar qoşula bilər.

Dərslər hansı saatda başlayır?

Dərslər Bakı vaxtı ilə Sizin seçdiyiniz və müəllimlə razılaşdırdığiniz saatda başlayır. Dünyanın müxtəlif ölkələrində  (ABŞ, Kanada, Avstraliya,Fillipin,Malayziya Avropada) yaşayan azərbaycanlı ailələrlə ünsiyyətdə olduqumuz üçün biz, məhz, Sizə rahat olan qrafiklə uyğunlaşırıq.

Hər hansı bir dərsdə iştirak edə bilmədiksə,onu  başqa günə keçirmək olar?

Bəli.Lakin,bu yalnız fərdi dərslərə aiddir.Bunun üçün dərsdən, ən azı, 8 saat  əvvəl  bizə məlumat verməyinizi xahiş edirik.Qrup dərslərinə gəldikdə isə, itirilmiş dərs təkrar keçirilmir və bu dərsə görə ödəniş geri qayrarılmır.Lakin,bu halda Sizə itirlmiş dərsin video yazısı təqdim olunur.

Uşaq Azərbaycan  dilini yaxşı bilmirsə?

Fərqi yoxdur.Dərslərimizə dünyanın müxtəlif ölkələrində yaşayan ikidilli (bilinqv) uşaqlar qoşulur, və, lazım gələrsə, müəllim dərsi ingilis və ya rus dilində daha ətrafl izah edir.Bundan başqa, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı uşaqların dərslərdə bir araya gəlməsi  onların dogma dilimizdə ünsiyyət bacarıqlarını daha da yaxşı inkişaf etdirməyə imkan verir.

Hər dərsdən sonra ev tapşırıqları verilirmi?

Bəli, ev tapşırığı dərsdən dərhal sonra müəllim tərəfindən təqdim olunur.

Uşağın rahat öyrənməsi üçün hansı cihaz daha yaxşıdır?

Onlayn dərslər üçün  masa üstü və ya dizüstü (noutbuk) kompüterdən istifadə etmək daha yaxşıdır. Ev tapşırığını isə telefonda və ya tabletdə edə bilərsiniz.

Dərsdə valideynlər də iştirak edə bilərmi?

 Bəli.Bu valideyinin istəyinə bağlıdır.Dərs prosesini izləmək istəyirsinizsə,hər zaman bizə qoşula bilərsiniz.

Müəllimlər  peşakardırlar?

Bəli.Dərslər uşaqlarla uzun illər iş  təcrübəsinə malik  olan,peşəsini sevən və onu  mükəmməl bilən, Azərbaycanda və xaricdə çalışan  ali və orta məktəb müəllimləri tərəfindən aparılır.

Ödənişsiz sınaq dərsinə necə yazılmaq olar?

Əvvəlcə, “Sınaq dərsinə qoşul” düyməsini basaraq,xüsusi formu doldurursunuz.Qısa bir zamanda  Sizinlə WhatsApp vasitəsilə əlaqə yaradılır və sınaq dərsi üçün əlverişli vaxt təyin edilir.Bundan sonra dərs üçün  Sizə Zoom dəvəti göndərilir. Diqqətinizə çatdırırq ki,bütün dərslər yalnız  şənbə və bazar günləri, Bakı vaxtı ilə müəyyən olunmuş saatlarda keçirilir.Sınaq dərsin  müddəti 30 dəqiqədir.

Ödəniş necə olunur ?

Sınaq dərsindən sonra email ünvanınıza  müvafiq hesab-faktura göndərilir.Ödəniş isə PayPal və ya Bank Transferi ilə olunur.