Hər bir insan üçün onun doğma dili dünyanın ən əziz və şirin dilidir. Bizim Azərbaycan dili isə o qədər gözəl və zəngindir ki, bu dili bilməmək böyük qəbahətdir. Uşağınızın Vətəndən uzaqda doğma dilimizi unutmağını istəmirsinizsə, Azərbaycan dili dərslərinə qoşulun.

A0 – B2 dil səviyyələrini əhatə edən proqrama Ana dilimizdə yazı, mütaliə və nitq bacarıqlarını inkişaf etdirən müxtəlif material və tapşırıqlar daxildir.Hər səviyyənin müddəti 3 aydır və o 24 dərsdən ibarətdir.

Yaş qrupu – 4-16

Proqram müddəti – 3 ay

Dərs sayı – 24

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  12-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs):Qrup – 100avro/ Fərdi – 200 avro

dərsin təqdimatı

QOŞUL


“Nizaminin söz aləmi, Füzulinin öz aləmi, Nəsiminin yüz aləmi…” Şair Hafiz Baxışın yazdığı bu misraların fərqinə varmaq üçün uşaqları Azərbaycan Ədəbiyyatı aləminə dəvət edirik. Proqram Azərbaycanın tanınmış şair və yazıçılarının həyat və yaradıcılığını əhatə edir, onların şah əsərləri ilə tanışlıq yaradır.

Yaş qrupu – 6-16 yaş

Proqram müddəti – 3 ay

Dərs sayı – 24

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  14-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Uşaqlarınızın gözəl yurdumuzun uca dağları, zümrüd kimi yaşıl gölləri, zəngin sərvətli mavi Xəzəri, meşələri, çölləri – bir sözlə, bütün əsrarəngiz gözəlliklərinin tanımasını istəyirsiniz? O zaman, Azərbaycanımızın coğrafiyasına həsr olunmuş proqrama Siz də qoşulun.Övladlarınız bu bilikləri çox maraqlı interaktiv metodlarla əylənərək öyrənə biləcək.

Yaş qrupu – 6-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  16-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Doğma dilimizi bilmək nə qədər vacibdirsə, Vətənimizin zəngin tarixini öyrənmək bir o qədər də vacibdir. Uşağınızı Azərbaycanın ən mühüm tarixi hadisələri və görkəmli tarixi şəxsiyyətləri ilə tanış edən bu proqram, maraqlı interaktiv materiallar vasitəsilə təqdim edilir.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 3 ay

Dərs sayı – 24

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  12-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs):Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Hər bir azərbaycanlı uşaq Azərbaycanın döyünən ürəyi olan Qarabağımızın dünəni və bu günü barədə bilməlidir ki, yaşadıqı ölkədə Qarabaq tarixini  və 2020-ci ilin Vətən müharibəsi barədə məlumatları cəmiyyətə düzgün çatdıra bilsin.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 1 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  14-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Azərbaycanımızın paytaxtı olan Bakı şəhərinin də maraqlı və zəngin tarixi vardır.Əsasən, neft bumu və Bakı milyonçularının həyat və fəaliyyətini əhatə edən maraqlı mövzu vasitəsilə uşaqınız gözəl paytaxtımıza virtual səyahət edə biləcək.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  16-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Milli geyimlərimiz, mətbəximiz, bayramlarımız, adət-ənənələrimiz, musiqi alətlərimiz və rəqslərimiz ətrafında qurullan bu mövzu sayəsində, uşaqlar  zəngin irsimiz barədə ən maraqlı məlumatlarla tanış olacaq.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  13-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Dünyada 50 mln-dan çox azərbaycanlı yaşayır və onların hər birinin uğuru hamımızın uğuru deməkdir. Proqram dünya şöhrətli Azərbaycanlıların həyat və fəaliyyətini əhatə edir.Proqramın məqsədi Vətəndən uzaqda böyüyən yeni nəsli Azərbaycanımızın yetişdirdiyi istedadlı və uğurlu insanlarla tanış etməkdir.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  18-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Xalqımızın yaratdığı musiqi irsimizin bütün gözəlliyini və zənginliyini duymaq, xalq mahnıları və muğamlar aləminə qərq olmaq, onların yaranma tarixini öyrənmək, Azərbaycanın tanınmış xanəndə və musiqiçiləri ilə tanış olmaq istəyirsiniz? Bütün bunları uşaqlar Xalq musiqisi  dərslərində öyrənəcək.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  14-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Bu proqramımız  Tofiq Guliyev, Rauf Haciyev, Ələkbər Tağiyev, Elza İbrahimova  kimi bəstəkarların həyat və yaradıcılığı, onların yaratdığı gözəl mahnılar, o mahnıları ifa edən əfsanəvi Qaya qrupu, Rəşid Behbudov, Şövkət Ələkbərova və diqər korifeylər barədədir.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  12-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Bakının caz paytaxtı olduqu barədə uşağınızn xəbəri var?Vaqif Mustafazadə və İsfar Sarabski kimi adlar ona tanış deyilsə ,həmçinin, Azərbaycanın müasir pop musiqisi və ifaçılarından bixəbərdirsə ,o zaman, bu proqramı əminliklə seçə bilərsiniz.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 1 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  16-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Azərbaycanın zəngin klassik musiqi mədəniyyətinə malik olması, Şərqdə ilk operanın, məhz, Vətənimizdə yaranması, Fikrət Əmirov, Niyazı, Qara Qarayev kimi bəstəkarlarımız, Şövkət Məmmədova, Fidan və Xuraman Qasımova bacıları kimi opera ifaçılarımız, Qəmər Almaszadə kimi balerinalarımız  barədə üşaqlarınız nə bilir? Əgər,bu sualın cavabı “heç nə” və yaxud “çox az” olacaqsa, Sizi Klassik musiqi  proqramına dəvət edirik.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  14-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


“Mənim havamı çal!“ , „Komsomolun canı it canıdır“, “Gəlin mənim süpürgəmdir,harda qoydum,orda da durmalıdır!” bu kimi onlarla kinositatlar Sizə doğma gəlir? Bəs övladlarınıza? Bu proqram uşaqları milli Kino və Teatrımızın korifey aktyor və rejissorları ilə tanış edəcək, onların yaratdığı  bənzərsiz film və tamaşaları, ifa etdikləri rolları tanıdacaq. Axı bizim olduqca zəngin  Kino və Teatr mədəniyyətimiz var. Onu övladlarımıza tanıdaq.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  16-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Azərbaycanın tanınmiş rəssam, həykəltəraş və arxitektorları, onların yaratdığı əsərlər barədə uşaqlarınızın məlumatlı olmaqını istəyirsinizsə, o zaman Təsviri incəsənət proqramına qoşulun.Uşağınızın təsviri zövqünə milli ruh qatın.

Yaş qrupu – 11-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  13-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


Bu proqram lap balaca balalarımız üçündür.Biz onlara xüsusi metodlarla Azərbaycan xalq nağıllarını, uşaq mahnılarını və şeirlərini sevə sevə öyrədəcəyik.Onlar Cirtdan və Tıq-Tıq xanımla tez bir zamanda dost olacaq, “Uşaq və buz” şeirini,”Kukla” mahnısını öyrənəcək.

Yaş qrupu – 4-6 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 35 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  13-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


İnnabı, Uzundərə, Novruzi… Bizim neçə-neçə belə gözəl və füsünkar rəqslərimiz var. Bəs uşaqlarınız bu rəqslər barədə nə bilir, onları ifa edə bilirmi, onların tarixinə bələddirmi? Hər bir insanı qürbətdə tanıdan onun Vətəninin musiqisi və rəqsidir.Uşaqlarınızı gözəl milli rəqslərimizlə tanış edin.

Yaş qrupu – 6-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  13-00 (oğlanlar), 18-00 (qızlar)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


“Oxu tar, oxu tar! Səni kim unudar?” Nakam şairimiz Mikayıl Müşviqin bu gözəl şeirində tərənnüm etdiyi, Azərbaycan milli musiqi alətlərinin tacı sayılan Tar alətində  uşaqlarınızın çalmağını istəyirsinizsə, bizim virtual Tar dərslərinə qoşulun.Qisa bir zamanda peşəkar müəllimimiz sayəsində uşaqlar bu əsrarəngiz milli alətimizdə çalmağı öyrənəcək.

Yaş qrupu – 6-16 yaş

Proqram müddəti – 2 ay

Dərs sayı – 16

Dərs müddəti – 60 dəqiqə

Dərs günləri – şənbə/bazar

Dərs saatı –  16-00 (Bakı vaxtı ilə)

Ödəniş (8 dərs): Qrup – 100 avro / Fərdi – 150 avro

dərsin təqdimatı

QOŞUL


geriyə irəli